Gəncədə qanvermə aksiyası baş tutub. Bu haqda 12 mart tarixində Azərtac-a istinadən məlumat veririk.
Aksiya Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 15-ci ildönümü münasibətilə təşkil olunub. Gəncə regional miqrasiya idarəsinin əməkdaşları qan veriblər. Xeyriyyə kampaniyası talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə, xüsusilə uşaqlara yardım məqsədilə DMX ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) birgə təşkilatçılığı ilə həkim hematoloqlar tərəfindən keçirilib.