26.4 C
Gence
26.4 C
Gence

Dövlət Gömrük Komitəsi Gəncə şəhər İcra başçısını təltif edib

Gəncədə icra başçısı təltif olunub. Bu haqda 8 fevral tarixində Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.

Dövlət Gömrük Komitəsinin (DGK) sədri general-polkovnik Səfər Mehdiyev bu barədə əmr imzalayıb. Komitənin 30 illik yubileyi münasibətilə Niyazi Bayramova yubiley medalı verilib. İcra başçısına medalı DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi general-mayor Telman Mehdiyev təqdim edib.

Niyazi Bayramov yubiley münasibətilə gömrük işçilərinin bayramını təbrik edib və işlərində uğurlar arzu edib.

Gəncə Şəhər İcra Hakimiyyətindən foto
Gəncə Şəhər İcra Hakimiyyətindən foto

Ən Çox Oxunan