Gəncəli aktyor və rejissor, xalq artisti Şahmar Ələkbərovun şəxsi arxiv fondu yaradılıb.
Azərbaycan Dövlət Film Fondunda sənətkarın həyat və yaradıcılığını əks etdirən 200-dən artıq nadir fotoşəkil, həmçinin qəzet məqalələri, plakatlar, jurnallar, rejissor ssenariləri və başqa arxiv materialları yer alır.
Arxivin böyük hissəsi Ş.Ələkbərovun ailəsi tərəfindən bağışlanıb.
Qeyd edək ki, 23 avqust tarixində aktyorun həyat və yaradıcılığı haqqında məqalə hazırlayıb paylaşmışdıq.