16.4 C
Gence
16.4 C
Gence

Dörd obyektdə qayda pozuntuları tapılıb

Gəncədə bir neçə obyektdə nöqsanlar aşkarlanıb. Bu haqda 22 noyabr tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat veririk.

Agentliyin əməkdaşlarının şəhər ərazisində reydləri davam edir. Bir neçə ictimai-iaşə obyektində qayda pozuntuları üzə çıxıb. Həmin məntəqələrin adları aşağıdakılardır:

  • Tağı Arani və Kimyaçılar küçələrinin kəsişməsi, pestisid və aqrokimyəvi maddələrin satışı məntəqəsi – dövlət qeydiyyatından keçməmiş preparatların, saxlanma müddəti bitmiş məhsulların satışı;
  • Sadıllı qəsəbəsi, “Nur” market – mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı, etiketlənməyə dair tələblərin pozulması;
  • Müseyib Bağırov küçəsi, ət satışı mağazası – sanitar norma və qaydaların pozulması;
  • Heydər Əliyev prospekti ilə İsrafil Məmmədov küçəsinin kəsişməsi, dönər satışı obyekti – sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi.

Aşkarlanan faktlarla bağlı inzibati protokollar tərtib olunub.

Ən Çox Oxunan