13.6 C
Gence
13.6 C
Gence

Dörd obyektdə nöqsanlar aşkarlanıb

Gəncədə bir sıra obyektdə reydlər keçirilib. Bu haqda 18 noyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat veririk.

Agentlik əməkdaşları qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlamalar aparıblar. Nəticədə Əziz Əliyev küçəsindəki dəri sexində, Mirzə Abbas Abbaszadə küçəsindəki kafedə sanitar norma və qaydaların pozulması, Şah İsmayıl Xətai prospektində dönərxanada analoji hal və mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, Tağı Arani və Kimyaçılar küçələrinin kəsişməsindəki “Gəncə-Abad” İstehsal Ticarət Mərkəzində etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı faktları aşkarlanıb.

Məsələlərlə bağlı qanunamüvafiq tədbirlər görülüb.

 

Ən Çox Oxunan