Gəncədə bir qrup şəxs ölkənin ən yüksək nöqtəsinə qalxıb. Bu haqda Gencexeber.az-a 21 avqust tarixində məlumat daxil olub.
“Kapital Bank”ın Gəncə filialının nümayəndələri yürüş keçiriblər. Dörd nəfərdən ibarət qrup ən yüksək zirvə olan Bazardüzünü fəth edib. Onlar burada bayrağımızı dalğalandıraraq xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, Qusar rayonu ərazisində yerləşən Bazardüzü zirvəsi 4466 metr hündürlükdədir.