21 C
Gence
21 C
Gence

Dörd ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

Gəncədə bir sıra obyektlərdə qayda pozuntuları üzə çıxıb. Bu haqda 29 mart tarixində AQTA-ya istinadən məlumat veririk.

AQTA müfəttişləri ictimai iaşə müəssisələrinə baxış keçiriblər. Yoxlama nəticəsində nöqsanlar aşkar edilən obyektlər aşağıdakılardır:

  • Təbriz küçəsi, “Halal Dönər” dönər evi – qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu;
  • Ü.Hacıbəyli və S.Şirazi küçələrinin kəsişməsi, “Dost Qapısı” restoranı – baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu;
  • P.Səmədov və H.Əliyev küçələrinin kəsişməsi, “Polad” kafesi – baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu;
  • Gülüstan qəsəbəsi, “Kübar” restoranı – baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Ən Çox Oxunan