12.5 C
Gence
10.5 C
Ganja

Dönərxanaları toyuq əti ilə təmin edən sexdə qayda pozuntuları üzə çıxıb

Gəncədə toyuq əti satan müəssisədə nöqsanlar aşkarlanıb. Bu haqda 16 avqust tarixində AQTA-ya istinadən məlumat veririk.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müfəttişləri növbəti yoxlama tədbirləri keçiriblər. Nəticədə Əli Məmmədov küçəsi, 1A ünvanında, fiziki şəxs Telman Şükür oğlu Mustafayevə məxsus toyuq ətinin emalı sexində qayda pozuntuları üzə çıxıb. Burada sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının tələblərinin pozulduğu, toyuq budunun sümükdən ayrılması prosesinin antisanitar şəraitdə aparıldığı, həmçinin donmuş toyuq ətinin donunun açılmasının qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə uyğun olmadan kustar üsulla, açıq hava şəraitində və günəş şüalarının altında həyata keçirildiyi, sümükdən ayrılmış toyuq ətlərinin sahibkar tərəfindən şəhər ərazisində fəaliyyət göstərən dönərxanalara paylandığı məlum olub.

Yoxlama zamanı toyuq budu və sümükdən ayrılmış toyuq ətindən nümunələr götürülərək laboratoriyaya göndərilib. Nəticələr məlum olanadək sözügedən məhsullar saxlanca qoyulub.

Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib. Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisənin fəaliyyəti dayandırılıb.

Ən Çox Oxunan