Gəncədə bir sıra küçələrdə gün ərzində işıqforların işləməməsinin səbəbi məlum olub. Bu haqda Gencexeber.az 9 yanvar tarixində məlumat verir.
Bir neçə saat öncə bəzi yol kəsişmələrində işıqforların işləməməsi barədə məlumat paylaşmışdıq. Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov redaksiyamıza açıqlama verib.
Bildirilib ki, bir sıra nizamlayıcının işləməməsi şəhərdə elektrik xəttində yaranan problemlərlə bağlıdır. Həmin ərazilərdə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları xidmət apararaq hərəkəti nizamlayırlar. Qeyd olunub ki, tezliklə yaranan problem aradan qaldırılacaq.