13 C
Gence
8.5 C
Ganja

“Dəmir Bank”ın Gəncədəki mülkü satışa çıxarılır

Gəncədə qeyri-yaşayış sahəsi hərraca qoyulur. Bu haqda 10 noyabr tarixində Report-a istinadən məlumat veririk.

“Dəmir Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərraclar təşkil olunacaq. Burada banka məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Cavad bəy Şıxlinski küçəsində yerləşən 3 498,2 kvadratmetrlik qeyri-yaşayış sahəsi də satışa çıxarılacaq. Əmlaka 290 min manat qiymət qoyulub.

Hərrac 16 noyabr tarixində Bakı Hərrac Mərkəzində keçiriləcək.

Ən Çox Oxunan