Gəncədə zəhərlənənlərin vəziyyəti açıqlanıb. Bu haqda 13 noyabr tarixində Report-a istinadən məlumat veririk.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi dəm qazından zəhərlənən ailənin son durumunu bildirib. Müəssisə tərəfindən qeyd olunub ki, dünən saat 23:02 radələrindən başlayaraq Akademik Z.Məmmədov adına xəstəxanaya sözügedən səbəbdən 5 nəfər yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib. Ailənin vəziyyəti qənaətbəxşdir. Sözügedən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.