Son vaxtlar falçıların bazarında canlanma müşahidə edilir. Bu haqda aprelin 7-si Kəpəz televiziyasına istinadən xəbər veririk.
Qeyd edilib ki, bu məsələ son vaxtlar tez-tez gündəmə gəlir, hətta daha da artır. Artıq falçılar sosial şəbəkələr vasitəsilə də öz dırnaqarası bizneslərini aparırlar. Özlərini tanıtdıran şəxslər insanların inamından istifadə edərək onların pullarını mənimsəməyə davam edirlər.
Məlumata əsasən, özlərinə ekstrasens, baxıcı, falçı kimi adlar qoyaraq insanları aldadanların arasında bank hesabı yaradanlar da var. Özlərini xarici ölkədə yaşayan insan kimi təqdim edərək 100, 150, 200 hətta 500 manat ödəniş tələb edirlər.
Qeyd edək ki, sadəcə elm yox, din də falçılıq və baxıcılığa qarşıdır.
Dələduzluq yolu ilə mənimsəmə halları baş verdikdə polisə müraciət edilməlidir. İnsanlar belə hallara qarşı diqqətli olmalıdır.