20.6 C
Gence
20.6 C
Gence

Dələduzluq edən dəstə: Onların Gəncə ofislərinə baxış keçirilib

Maliyyə dələduzluq piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən “Crowd-1” şirkətinin üzvləri saxlanılıblar. Bu haqda 29 noyabr tarixində Apa.az-a istinadən məlumat veririk.

Gəncədə yerləşən ofisə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən elektron sübutlar aşkar olunaraq götürülüb. Dəstəyə başçılıq edən Habil Bədəlov və digər 5 şəxsin ətrafında cinayət əməlləri barədə sübutlar toplanılıb.

Araşdırma zamanı məlum olub ki, “Crowd-1” şirkətinin üzvləri guya beynəlxalq şirkətə investisiya qoyduqlarını və vətəndaşların bu işdən yüksək qazanc əldə edəcəklərini inandırıblar.

Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Ən Çox Oxunan