Gəncədə ictimai iaşə obyektlərinin dövriyyəsi ilə bağlı statistika açıqlanıb. Bu haqda 20 may tarixində Fed.az-a istinadən məlumat veririk.
Cari ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsinin həcmi 10 milyon 879,8 min manat təşkil edib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz çoxdur. Dövriyyənin 10 milyon 830,0 min manatı fiziki şəxslərin hesabına təmin olunub.
Həmçinin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən real ifadədə 11,6 faiz artaraq 101 milyon 19,7 min manat təşkil edib. Hüquqi şəxslər tərəfindən əhaliyə 49 milyon 609,7 min manatlıq xidmət göstərilib. Bu da ümumi göstəricinin 49,1 faizini təşkil edib. Ödənişli xidmətlərin 20,9 faizi dövlət, 79,1 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olub.