25.4 C
Gence
18.5 C
Ganja

İcra nümayəndələri Belarusiyada milli həmrəylik günlərində iştirak ediblər

Gəncə İcra Hakimiyyətinin rəhbər nümayəndələri Belarusda tədbirdə olublar. Bu haqda Qafqazinfo.az-a istinadən xəbər veririk.

Belarusun Qomel şəhərində milli həmrəylik günlərinə təsadüf edən 881 illik yubiley tədbiri keçirilib. Tədbirdə icra hakimiyyəti başçısının müavini Adil Tağıyev və avtomobil zavodunun direktoru Kamran Nəzərov iştirak ediblər. Rəsmi şəxslər icraiyyə komitəsinin sədri Vladimir Privalovla görüşüblər.

Kamran Nəzərov müəssisənin 2006-cı ildən başlayaraq Belarusun “Moqilyovtransmaş”, “Minsk təkərli dartıcılar”, “Bobruysk” ehtiyat hissələri və avadanlıqlar istehsalı zavodları, “Qomselmaş”, “Belkommunaş” Açıq Tipli Səhmdar cəmiyyətləri ilə sıx əməkdaşlıq etdiyini qeyd edib.

Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.