13.6 C
Gence
13.5 C
Ganja

İcra Hakimiyyətinin qarşısına atılan azyaşlılarda infeksiya aşkarlanıb

Gəncədə nənəsi tərəfindən küçəyə atılan körpələrin son vəziyyəti bəlli olub. Bu haqda 2 noyabr tarixində Oxu.az-a istinadən məlumat veririk.

Bir müddət öncə şəhər sakini Mehriban Cəlilovanın nəvələri – 05.04.2021-ci təvəllüdlü Miryusif Həsən oğlu Cəlilov və 16.07.2023-cü təvəllüdlü Mələk Həsən qızı Cəlilovanı İcra Hakimiyyətinin binasının qarşısında qoyub getməsi barədə xəbər paylaşmışdıq. Azyaşlılar Kliniki Tibbi Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətiriliblər.

Burada bildirilib ki, uşaqlara yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulub və intensiv terapiya şöbəsinə qəbul olunublar. Onların vəziyyəti orta ağırdır. Hər iki xəstənin müayinə və müalicələri davam etdirilir.

Ən Çox Oxunan