25.8 C
Gence
25.8 C
Gence

İcra başçısı Niyazi Bayramov yeni tikilən mədəniyyət ocağına baş çəkib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Dövlət Dram Teatrının yeni binasında görülmüş işlərlə tanış olub. Bu haqda qurumun rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.

Teatrın yeni binası şəhərin M.A.Abbaszadə və Azərbaycan bayrağı küçələrinin kəsişməsində inşa olunub.

Bina daxilindəki bütün inzibati otaqlarda rəngsaz və santexnik işləri yekunlaşıb. Teatrın tamaşaçı salonunda aparılan dekorasiya və işıq sistemi ilə bağlı işlər tam başa çatdırılıb. Hazırda böyük səhnənin döşəməsinin və texniki avadanlıqların quraşdırılması istiqamətində tədbirlər görülür. Buna paralel olaraq kiçik səhnədə də işlər davam etdirilir.

Qeyd edək ki, İcra başçısının əsas tapşırıqları tikintinin keyfiyyətlə aparılması və vaxtında yekunlaşdırılması olub.

Daha öncə, Gencexeber.az obyektin tikintisi haqda sakinlərə xəbər vermişdi.

Ən Çox Oxunan