22.5 C
Gence
22.5 C
Gence

İcra başçısının müavini “Mehmanoğlu Yem və Taxıl” MMC-də olub

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev “Mehmanoğlu Yem və Taxıl” MMC-də görülən işlər və yaradılan şəraitlə tanış olub. Bu haqda 6 aprel tarixində Gəncə ŞİH-yə istinadən xəbər veririk.

Yeni yaradılan müəssisədə quş, iri və xırdabuynuzlu heyvanlar üçün yem istehsal edilicək. Müəssisənin istehsal gücü saatda 10 ton təşkil edir. Bununla yanaşı, burada ümumi həcmi 30 min ton olan 4 ədəd taxılsaxlama çəni quraşdırılıb.

İlkin olaraq 20 nəfərin işlə təmin edildiyi müəssisədə işçi sayının 30-a çatdırılması nəzərdə tutulur.

Burada quraşdırılan avadanlıqlar və yaradılan iş şəraiti ilə yaxından tanış olan Adil Tağıyev müəssisəyə fəaliyyətində uğurlar arzulayıb.

Ən Çox Oxunan