Niyazi Bayramov Tural Piriyevlə və “Kəpəz” PFK-nın İdarə Heyətinin sədri İlqar Nadiri ilə görüşüb. Bu haqda Gəncə ŞİH-yə istinadən məlumat veririk.
Görüş zamanı icra hakimiyyətinin başçısına “Kəpəz” PFK-ya dəstək məqsədi ilə yaradılan “kapaz100k” layihəsi ilə bağlı ətraflı məlumat verilib. “Futbolun İnkişaf Fondu”nun İcraçı direktoru, həmçinin Gəncə şəhəri üzrə görülmüş işlər və gələcək planlardan bəhs edib.
Niyazi Bayramov layihə ilə yaxından tanış olub, verilən təklifləri müsbət dəyərləndirib və müəyyən dəstək göstəriləcəyini qeyd edib.
Qeyd edək ki, “kapaz100k” layihəsi çərçivəsində toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq.