Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı heyvansevər sakinlərlə görüşüb. Bu haqda 21 oktyabr tarixində Gencexeber.az ŞİH-yə istinadən məlumat verir.
Niyazi Bayramov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əməkdaşları Küşvər Məmmədovanı, Lalə Abbasovanı və kompüter mütəxəssisi Almaz Rəcəbovanı qəbul edib. Görüşdə bir sıra təklif və məsələlər ətrafında müzakirələr aparılıb.
İcra başçısı qonaqlara bildirib ki, sahibsiz küçə heyvanlarının yerləşdirilməsi üçün sığınacaq inşa edilib. İnşa işləri Gəncə Şəhər MKT İB-nin Təmir-bərpa və tikinti şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Sığınacaqda 50 heyvanın yerləşdirilməsi üçün şərait də yaradılıb.
Şəhər rəhbəri xanımların nəzərinə onu da çatdırıb ki, ictimai əsaslarla sığınacaqda çalışmaq istəyən şəxslərə müəyyən dəstək göstəriləcəkdir.
Sığınacaq Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə İctimai İştirakçılıq Məclisi və Kəpəz Bələdiyyəsinin birgə təşəbbüsü ilə inşa edilir.