Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin avtomobil parkına gətirilən yeni texniki avadanlıqlar və ləvazimatlara baxış keçirib. Bu haqda 6 aprel tarixində Gəncə ŞİH-yə istinadən xəbər veririk.
Şəhər rəhbərinə məlumat verilib ki, Türkiyə Respublikasından Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin avtomobil parkına müasir, yanacağa qənaətli, sovurma və su çiləmə funksiyalarına malik yol təmizləyən maşınlar gətirilib.
Bununla yanaşı, müvafiq satınalma müsabiqəsi əsasında satın alınan yağlar, akkumulyatorlar, təkərlər və s. ehtiyat hissələri də MKTİB-nin anbarına yığılıb.
Gəncə Şəhər İcra hakimiyyəti başçısı Niyazi Bayramov MKTİB-nin avtomobil parkına gətirilən texniki avadanlıqlar və tikinti materialları ilə tanış olduqdan sonra aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.