Gəncədə bir nəfər təltif edilib. Bu haqda 8 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
23 İyun – Dövlət Qulluqçularının Peşə bayramı münasibətilə Prezident İlham Əiyev bir sıra dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən, icra başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Orxan Elxan oğlu Qədimov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
İcra başçısı Niyazi Bayramov medalı Qədimova təqdim edib. Şəhər rəhbərliyi ona uğurlar arzulayıb.
Qeyd edək ki, Orxan Elxan oğlu Qədimov 28 dekabr 1982-ci ildə Gəncədə anadan olub. 1999-2006-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU) Ümumi iqtisadiyyat fakültəsində, 2006-2011-cu illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.