16.4 C
Gence
16.4 C
Gence

Cihazqayırma zavodunda qaz sayğaclarının istehsalı gedir

Gəncə Cihazqayırma Zavodunda qaz sayğaclarının istehsalına başlanılıb. Bu haqda 2 iyul tarixində Azərbaycan televiziyasına istinadən məlumat veririk.

İstehsal “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanan müqavilə əsasında aparılır. İlkin mərhələdə birlik tərəfindən 10 min mexaniki sayğac sifariş edilib. Bu günədək onlardan 2 mini yığılaraq sınaq mərhələsinə ötürülüb.

Zavodun icraçı direktoru Ayət Bağırov bildirib ki, gələcəkdə elektrik sayğaclarının istehsalına da başlana bilər. Bunun üçün müəssisədə tam baza var, lazımi materiallar alınıb.

Ən Çox Oxunan