Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 16 sentyabr tarixində FHN-ə istinadən məlumat veririk.
Şəhər ərazisində “Chevrolet” markalı minik avtomobili alışıb. Maşının mühərrik hissəsi yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Alov söndürülüb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.