25.8 C
Gence
21.5 C
Ganja

Cavadxan qəsəbəsində bəzi tikililər sökülür

Gəncədə qanunsuz tikililər sökülür. Bu haqda 10 fevral tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi şöbəsinin əməkdaşları yeni salınan qəsəbədə heç bir sənədi olmayaraq tikilən evlər aşkar ediblər. Vətəndaşlara tikintinin qanunsuz olması ilə bağlı dəfələrlə şifahi və rəsmi şəkildə müraciətlər edilsə də, bunun heç bir nəticəsi olmayıb.

İcra Hakimiyyəti Başçısı Yanında Memarlıq və Tikinti şöbəsinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi şöbəsinin, Fövqaladə Hallar Nazirliyinin yerli idarəsinin işçilərinin iştirakı ilə həmin tikililərin sökülməsinə başlanılıb. Söhbət şəhərin Cavadxan qəsəbəsindən gedir. Həmin ərazidə qeyri-qanuni tikilən və heç bir icazə sənədi olmayan əlavə tikililər aşkar edilib. Vətəndaşlar tikintiyə icazə ilə bağlı hər hansı sənəd təqdim edə bilmədiklərində hasarlarının sökülməsinə qərar verilib.