Baş verən kommunal qəzanın qarşısının alınması üçün çalışmalara start verilib. Bu haqda Gencexeber.az-a 18 oktyabr tarixində məlumat daxil olub.
Sözügedən işlər Cavadxan küçəsində aparılır. Əraziyə “Azərsu” ASC-nin təmir briqadası cəlb edilib. Hazırda su borusunun təmiri üzrə ilkin işlər görülüb. Asfalt örtüyünün bir hissəsi dağıdılıb, həmin yer isə qazılıb.