19.7 C
Gence
18.5 C
Ganja

Caspian Energy Club-un təşkil etdiyi görüşdə GİA da iştirak edib

Gəncə İş Adamları (GİA) İctimai Birliyi “CEO Breakfast”da iştirak edib. Bu haqda 12 noyabr tarixində təşkilat məlumat paylaşıb.

Tədbirin məqsədi müxtəlif sahələri əhatə edən iş adamları, şirkət rəhbərləri arasında əməkdaşlıq əlaqələrinin qurulması, biznes ideyalarının müzakirəsi olub. Görüşdə fəaliyyət planı, görülən işlər və gələcək layihələr ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “CEO Breakfast” Caspian Energy Club tərəfindən təşkil olunub.