Gəncə təmsilçisi “Kəpəz” bu gün, saat 14:30-da “Neftçi-2”-i klubu ilə görüşəcək.
Görüş peşəkar futbol klublarının çıxış etdiyi Azərbaycan Birinci Divizionunun 5-ci tur çərçivəsində baş tutacaq.
Qeyd edək ki, 4-cü turda “Kəpəz” 2-1 hesabı ilə “Sumqayıt-2” klubunu məğlub etmişdir. Hal-hazırda Gəncə təmsilçisi 4 turdan sonra 5-ci yerdə qərarlaşıb. Klub 2021-2022-ci illər mövsümündə keçirdiyi oyunlarda məğlub olmayıb.