25.5 C
Gence
17.5 C
Ganja

Cüdo üzrə “Yaponiya Səfirinin Kuboku” keçirilib

Cüdo üzrə Gəncə şəhər açıq birinciliyinə yekun vurulub. Bu haqda məlumatı iyulun 27-si Report-a istinadən veririk.

“Yaponiya Səfirinin Kuboku” Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan – Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə həyata keçirilib. Çempionat Azərbaycan Cüdo Federasiyası və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

İdman tədbiri Göygöl Olimpiya İdman Kompleksində təşkil edilib. Turnirdə ölkəmizin müxtəlif regionlarından 25 komandanın tərkibində 200-ə yaxın cüdoçu iştirak edib.