23 C
Gence
18.5 C
Ganja

Cüdoçumuz Turan Bayramov: “Qismət mənim imiş, qalib gəldim”

Cüdoçumuz Turan Bayramov beynəlxalq yarışda iştirakı barədə öz təəssüratları ilə bölüşüb. Bu haqda məlumatı iyunun 4-ü Report-a istinadən veririk.

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Böyük Dəbilqə yarışları keçirilir. Gəncə cüdo məktəbinin yetirməsi Turan Bayramov 60 kiloqram çəki dərəcəsində çıxış edib.

Turan həmyerlisi Rövşən Əliyevlə üçüncü yer uğrunla mübarizə aparıb. Cüdoçumuz onu məğlub edərək bürünc medala layiq görülüb.

İdmançının sözlərinə görə, Azərbaycan yığmasının digər üzvü ilə qarşılaşması başqa rəqibləri ilə görüşlərindən daha çətin keçib.

“Bir-birimizi yaxşı tanıyırıq, texnikalarımıza bələdik. Eyni yığmanın üzvü olsaq da, döşəkdə rəqibik. Qismət mənim imiş, qalib gəldim” – deyə, Bayramov bildirib.