23 C
Gence
18.5 C
Ganja

Cüdoçumuz Turan Bayramov bürünc medala layiq görülüb

Cüdoçumuz beynəlxalq yarışda bürünc medal qazanıb. Bu haqda məlumatı iyunun 4-ü Report-a istinadən veririk.

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Böyük Dəbilqə yarışları keçirilir. Gəncə cüdo məktəbinin yetirməsi Turan Bayramov 60 kiloqram çəki dərəcəsində çıxış edib.

Turan həmyerlisi Rövşən Əliyevlə görüşüb. Cüdoçumuz onu məğlub edərək bürünc medala layiq görülüb.