Gəncəli idmançı Avropa Gənclər Olimpiya Festivalında (EYOF) finala yüksəlib. Bu haqda 26 iyul tarixində Report-a istinadən məlumat veririk.
Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən cüdo üzrə turnirdə yığma komandanın tərkibində təmsilçimiz Könül Əliyeva da mübarizə aparır. 48 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz yarımfinalda böyük britaniyalı Samə Şavı məğlub edib. O, qızıl medal uğrunda görüşdə italiyalı İlariya Finestroneni ilə qarşılaşacaq.