25.6 C
Gence
20.5 C
Ganja

Cüdoçumuz Könül Əliyeva ilk rəqibinə qalib gəlib

Təmsilçimiz İslamiadanın növbəti mərhələsinə vəsiqə qazanıb. Bu haqda 15 avqust tarixində Oxu.az-a istinadən məlumat veririk.

Nizami yurdunun yetirməsi Könül Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında iştirak edir. 48 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk turda rəqibinə qalib gələrək yarımfinala yüksəlib.