25.6 C
Gence
19.5 C
Ganja

Cüdoçumuz Dünya çempionatında ilk rəqibi ilə qarşılaşacaq

Bu gün cüdoçumuz Dünya çempionatında tatamiyə çıxacaq. Bu haqda 11 avqust tarixində Azərbaycan Cüdo Federasiyasına istinadən məlumat veririk.

Ekvadorun Quayaquil şəhərində gənclər arasında cüdo üzrə Dünya çempionatı keçirilir. Burada yığmamızın tərkibində idmançımız Vüsal Qələndərzadə də mübarizə aparır. O, bu gün -73 kiloqram çəki dərəcəsində rəqibi ilə qarşılaşacaq. Yarış Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Final görüşləri isə saat 01:00-da keçiriləcək.

Çempionatı canlı olaraq live.ijf.org saytında izləmək olar.