Gəncəli idmançı Türkiyədəki beynəlxalq yarışda mübarizəsini başa vurub. Bu haqda 31 mart tarixində Report-a istinadən məlumat veririk.
Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində “Böyük Dəbilqə” turniri start götürüb. Burada təmsilçimiz Könül Əliyeva da mübarizə aparırdı. O, 48 kiloqram çəki dərəcəsində tatamiyə çıxıb.
Cüdoçumuz ilk rəqibini məğlub etsə də, 1/8 final səddini keçə bilməyib. Beləliklə, Əliyeva turniri medalsız tərk edib.
Qeyd edək ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğursuz başlayıb. Bu gün tatamiyə çıxan 8 təmsilçimizin hər biri mübarizəni medal qazanmadan başa vurub.