10.3 C
Gence
0.5 C
Ganja

Cüdoçularımız Macarıstanda beynəlxalq turnirə qatılıblar

Gəncəli idmançılar Avropa Kubokunda mübarizə aparacaqlar. Bu haqda 11 noyabr tarixində Cüdo Federasiyasına istinadən xəbər veririk.

11-12 noyabr tarixlərində Macarıstanın Dyör şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək. Yarışa Nizami yurdunun cüdoçuları da qatılacaqlar.

Şəhərimizi Avropa kubokunda Özqan Quliyev 60 kiloqram və Sadiq İsgəndərli 66 kiloqram çəki dərəcələrində təmsil edəcəklər.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri İslam Nəcəfquluyev, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Akif Tahirov və Fariz Hüseynov ədalət təmsilçiləri arasında yer alacaqlar.

Ən Çox Oxunan