Cüdo üzrə U-18 Azərbaycan birinciliyinin ilk gününün nəticələri bəlli olub. Bu haqda 25 yanvar tarixində Gəncədə Cüdo Facebook səhifəsinə istinadən məlumat veririk.
İlk yarış gününün nəticələrinə əsasən, Gəncə idmançıları Kənan Quliyev (-81 kq) və Həbibə Hüseynzadə (-63 kq) 3-cü yeri tutaraq bürünc medalın sahibi olublar.
Qeyd edək ki, hər iki cüdoçu əməkdar məşqçi Ceyhun Bayramovun yetirməsidir.