16.9 C
Gence
16.9 C
Gence

Cüdo təlim-məşq mərkəzi: nələr var

Gəncədə cüdo təlim-məşq mərkəzi təmirdən çıxıb. Bu haqda 24 noyabr tarixində Cüdo federasiyasına istinadən məlumat veririk.

Mərkəzin ümumi sahəsi 814 kvadratmetrdir. Burada 230 və 100 kvadratmetr sahəsi olan iki dojo (cüdo məşq zalı) var. Fiziki hazırlıq zalı hazırlıq məşğələləri üçün vacib olan avadanlıqlarla təchiz edilib.

Təlim mərkəzində valideynlər üçün gözləmə zalı və idmançılar üçün digər zəruri şərait yaradılıb. Burada gün ərzində 100, həftə ərzində isə 450 nəfərə qədər yeniyetmə və gənc cüdo idman növü ilə məşğul ola biləcək. Eyni zamanda hakimlər və məşqçilər üçün seminarların və təlimlərin keçirilməsi, Gəncə və ətraf rayonlarda cüdo idman növü ilə məşğul olanların həftəlik birgə məşqlərinin (randorilərin), tanınmış idmançıların ustad dərslərinin təşkili də planlaşdırılır.

Hazırda Gəncədə 810 nəfər cüdo ilə məşğul olur. 2023-cü ilin sonuna qədər bu rəqəmin 1.500 nəfərə çatdırılması hədəflənir.

 

Ən Çox Oxunan