26.9 C
Gence
23.5 C
Ganja

Cüdo mütəxəssisləri ustad dərsi keçiriblər

Gəncədə cüdo mütəxəssisləri tərəfindən ustad dərsi təşkil olunub. Bu haqda 19 sentyabr tarixində Cüdo Federasiyasına istinadən xəbər veririk.

Cüdo təlim mərkəzində dünya və Avropa çempionları Rüstəm Orucov və Orxan Səfərov master-klas keçiriblər. Tədbir zamanı ustadlar müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsini nümayiş etdiriblər. Həmçinin gənclərlə öz təcrübə və bilikləri ilə bölüşüb, lazımi tövsiyə və məsləhətlərini veriblər.

Sonda Rüstəm Orucov və Orxan Səfərov iştirakçılar üçün öz imzalı fotolarını təqdim edib və onlarla xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, bu cür layihələrin keçirilməsi idmanla məşğul olan gənclərin sayını artırmaq və cüdo idman növünü təbliğ etməkdir.