15.3 C
Gence
15.3 C
Gence

Cüdo Federasiyası ustad dərsi təşkil edəcək

Gəncədə master-klas keçiriləcək. Bu haqda 27 aprel tarixində Cüdo Federasiyasına istinadən məlumat veririk.

Ustad dərsini Cüdo Federasiyası təşkil edir. Tədbir 30 aprel saat 17:00-dan 21:00-dək “Gəncə Mall”da baş tutacaq. Master-klas cüdo idman növü ilə yaxından tanış olmaq, bu idmanı ən yaxşılarından öyrənmək və bacarıqları artırmaq üçün unikal imkan yaradır.

Tədbir ACF Prezidentinin müşaviri, Dünya çempionatları mükafatçısı Natiq Bağırov və 2022-ci ildə gənclər arasında Avropa çempionatının qızıl medalçıları Vüqar Talıbov və Vüsal Qələndərzadənin iştirakı ilə baş tutacaq. Burada cüdonun fəlsəfəsi, fundamental texnikalar, fəndlərin yerinə yetirilməsi də daxil olmaqla müxtəlif mövzular əhatə olunacaq.

Master-klasda istəyən hər kəs iştirak edə bilər.

Ən Çox Oxunan