Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsində yeni əməkdaşların təqdimatı keçirilib. Bu haqda məlumatı sentyabrın 7-də adıçəkilən quruma istinadən veririk.
Dövlət qulluğu imtahanından və müsahibədən keçən şəxslər Gənclər və İdman Baş İdarəsinə staj müddəti ilə təyin olunublar. Gənclərlə iş sektorunun baş məsləhətçisi vəzifəsinə Maarif Quliyev, Kadrlar üzrə məsləhətçi vəzifəsinə isə Günel Abbasova təyin olunublar.
Təqdimat mərasimində çıxış edən Baş İdarə rəisi Həmid Nəsirov hər iki əməkdaşı bu münasibətlə təbrik edib. Daha sonra onlarla cari məsələlər ətrafında görüləcək işlərin müzakirəsi aparılıb.