24.7 C
Gence
24.7 C
Gence

Bu istehsal sexi artıq 4-cü dəfə hərraca çıxarılır

Gəncədə ikimərtəbəli sex yenidən hərraca çıxarılacaq. Bu haqda məlumatı sentyabrın 23-ü Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən veririk.

İkimərtəbəli istehsal sexi satışa çıxarılacaq. Obyekt Zərifə Əliyeva küçəsi, 2-ci döngə, bina, 10 ünvanında yerləşir. Hərrac 25 oktyabr saat 10:00-da keçiriləcək.

Obyektin ümumi faydalı sahəsi 1160.8 kv.m-dir. Əmlakın hərraca çıxarılan ilkin satış qiyməti 156.250 manatdır. Satış reallaşandan sonra 10% beh, yəni 15.625 manat tələb olunacaq.

Auksion Zərifə Əliyeva küçəsi, 3 ünvanında keçiriləcək. Ətraflı məlumat üçün (022) 256 13 76 nömrəsi ilə əlaqə saxlamaq olar.

Ən Çox Oxunan