Döyüş sursatları məhv ediləcək. Bu haqda məlumatı Apa-ya istinadən iyunun 8-i veririk.
Müdafiə Nazirliyindən məlumat verilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının utilizasiya işləri görüləcək. Çalışmalar iyunun 8-dən 11-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Qurumdan bildirilib ki, bu məsələ ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.