Bu günün uşaqlara həsr olunması 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb. Onun keçirilməsi haqqında təkliflər 1949-cu ilin noyabrında Qadın Beynəlxalq Demokratik Federasiyası tərəfindən təşkil edilən konqresdə səslənmişdir. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Ölkədə uşaqlarla bağlı layihələr həyata keçirilir, onların sağlamlığı qayğısına önəm verilir və təhsil almaları üçün şərait yaradılır.
Hazırda 18 yaşadək uşaqlar ölkə əhalisinin 23,9 faizini təşkil edir. 2022-ci ilin statistik məlumatlarına əsasən, il ərzində Gəncədə 2568, ümumi Gəncə-Daşkəsən iqtisadi rayonunda isə 5724 körpə dünyaya gəlmişdir.