99 il öncə bu gün Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirov dünyaya gəlmişdir. I Fəxri xiyabanda onun məzarı ziyarət olunub.
Fikrət Məşədi Cəmil oğlu Əmirov 22 noyabr 1922-ci ildə Gəncədə anadan olmuşdur. Respublikamızı SSSR-i çərçivəsində və beynəlxalq musiqi aləmində tanıtdıran bəstəkar 1984-cü ildə Bakıda vəfat edib.
Mədəniyyət Nazirliyinin rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri və ailə üzvləri I Fəxri xiyabanda görkəmli bəstəkarın məzarını ziyarət edib, abidəsi üstünə güllər düzüblər.
Mərhumun qızı Sevil Əmirova tədbir iştirakçılarına təşəkkür edib: “Fikrət Əmirova və onun yaradıcılığına göstərdiyiniz diqqətə görə minnətdarlığımı bildirirəm”