13 C
Gence
13 C
Gence

Bu gün iki şəhidin doğum günüdür

Bu gün şəhidlər Yaşar Vəli oğlu Nəsrullayev və Yasin Məhəmməd oğlu Əliyevin anadan olduqları gündür.

Nəsrullayev Yaşar Vəli oğlu 30 yanvar 1969-cu ildə anadan olub. 10 avqust 1992-ci ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınıb, Ağdam, Kəlbəcər rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə Ağdam rayonunun müdafiəsi uğrunda gedən ağır döyüşlərin birində həlak olub, 2 oktyabr 1992-ci ildə dəfn olunub.

Əliyev Yasin Məhəmməd oğlu 30 yanvar 1953-cü ildə dünyaya göz açıb. 16 may 1993-cü ildə Birinci Qarabağ müharibəsində şəhid olub. Şəhid Yasin Əliyev Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Ən Çox Oxunan