16.9 C
Gence
17.5 C
Ganja

Bu gün üç şəhidin mövlud günüdür

Bu gün Gəncədə üç şəhidin anadan olduğu gündür.

Şəhid Rafiq Dəmir oğlu Dəmirov 12 noyabr 1966-cı, Zakir Əlirza oğlu Məmmədov 1958-ci, Əsgər İslam oğlu Mərdanov isə 1986-cı ildə Gəncə şəhərində anadan olublar.

Onlardan Rafiq Dəmirov 28 iyul 1992–ci ildə Cəbrayıl rayonunun Sur kəndi yaxınlığında minaya düşüb. Zakir Məmmədov 4 sentyabr 1993-cü ildə Gülüstan kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Əsgər Mərdanov isə 19 fevral 2009-cu ildə xidməti vəzifəsini yerinə yetirən zaman erməni gülləsinə tuş gələrək həlak olub.

Şəhidlərin hər biri Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunublar.

Ən Çox Oxunan