16.9 C
Gence
16.9 C
Gence

Bu gün şəhid Səxavət Həsənovun mövlud günüdür

Bu gün şəhid Səxavət Həsənovun doğum günüdür.

Səxavət Alim oğlu Həsənov 13 noyabr 1994-cü ildə Gəncə şəhərində dünyaya gəlmişdir. 2012-ci ildə Gəncə şəhər 39 nömrəli tam orta məktəbdən məzun olmuşdur.

Gənc elə həmin il hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə Regional Asan Xidmət Mərkəzində könüllü kimi fəaliyyətə başlamışdır.

Səxavət Vətən Müharibəsinin başlaması ilə əlaqədar 29 sentyabr 2020-ci il tarixində yenidən hərbi xidmətə çağırılmışdır. O, Füzuli, Qubadlı, Cəbrayıl və Laçın rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

Həsənov 2 noyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. İki gün sonra isə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Səxavət Alim oğlu Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra aşağıda qeyd edilən medallarla təltif edilib:

  • “Vətən uğrunda”;
  • “Cəbrayılın azad olunmasına görə”;
  • “Qubadlının azad olunmasına görə”;
  • “Laçının azad olunmasına görə”.

 

Ən Çox Oxunan