14.7 C
Gence
14.7 C
Gence

Bu gün şəhid Həsən Bayramovun mövlud günüdür

Bu gün şəhid Həsən Bayramovun doğum günüdür.

Gəncə şəhərinin Şəhidlər xiyabanında şəhid Həsən Bayramovun xatirəsinə ehsan verilib. Tədbirdə şəhidin ailəsi, yaxınları, dostları, qazilər, digər şəhid ailələrinin üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və əməkdaşları, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi və s. şəxslər iştirak ediblər.

Həsən Bəhrəm oğlu Bayramov 17 iyun 1992-ci ildə Göygöl rayonunun Sarısu kəndində dünyaya gəlib. Onun bu gün 30 yaşı tamam olacaqdı.

Həsən 2011-ci ildə hərbi xidmətə yollanıb. Sonra Gəncə Regional Reklam İdarəsində dizayner kimi çalışıb. 2020-ci ilin iyul ayından isə MAXE hərbi qulluqçu kimi xidmət etməyə başlamışdır.

O, Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb. Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. 5 noyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb. 27 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Həsən Bəhrəm oğlu Bayramov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, aşağıda göstərilən medallarla təltif edilmişdir:

  • “Vətən uğrunda”;
  • “Döyüşdə fərqləndiyinə görə”;
  • “Cəbrayılın azad olunmasına görə”;
  • “Laçının azad olunmasına görə”;
  • “Qubadlının azad olunmasına görə”.

Ən Çox Oxunan