Gəncədə atmosfer havasının keyfiyyəti açıqlanıb. Bu haqda 12 aprel tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat veririk.
Hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyaların göstəricilərinə əsasən, şəhərdə azot-4 oksidinin göstəriciləri normadan 1,3 dəfə yüksək olub.
Bunun nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədar olduğu bildirilir.